Sizin reklam burada
Sizin reklam burada
  • Ronaldo daha bir rekorda imza atdı

    Ronaldo daha bir rekorda imza atdı Portuqaliyalı futbolçu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
    "Yuventus”un hücumçusu ötən gün "Bolonya”ya qol vurmaqla İtaliya çempionatında qolların sayını 43-ə çatdırıb.
    Bununla da o, İtliyada ən çox qol vurmuş portuqaliyalı futbolçu olub. İndiyədək bu adı 42 qolla Ruy Koşta daşıyırdı. O, 1994-2006-cı illərdə "Fiorentina” və "Milan”da iştirak edib.
    Qeyd edək ki, "Yuventus” ötən gün "Bolonya”nı 2-0 hesabı ilə məğlub edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ