Bu gün Yardımlı rayonunda İdman Olimpiya Kompleksi istifadəyə verilmişdir. Bu münasibətlə Yardımlı rayon gənclərini təbrik edirik!
Amma məsələnin başqa tərəfi var. Niyə bu müddət ərzində 163 kəndi olan, 85 mindən çox əhalisi olan Lerikdə İdman-Olimpiya kompleksi tikilmir?
Statistikaya nəzər salsaq Lerik rayon əhalisinin də Yardımlı rayon əhalisindən çox olduğunu aydın görürük.
Lerik rayonunu ölkəmizdə təmsil edən ən böyük facebook səhifəsində yayımlanan bu paylaşım hər zaman olduğu kimi bu dəfə də hörmətli millət vəkilimiz İqbal Məmmədovun diqqətindən yayınmayıb.
Atributinfo.az olaraq deputatın Lerik səhifəsindəki postuna şərhini olduğu kimi sizlərə təqdim edirik:
“Leriklilərimə bildirmək istəyirəm ki, seçicilərimin bu haqlı narazılığı haqqında müvafiq orqanlara rəsmi müraciətimə baxmayaraq bu günə kimi bu problem həllini tapmamışdır. Axırıncı müraciətim may ayında olmuşdur. Təəssüf edirəm ki, bu il üçün müsbət cavab almadım. İnşAllah başqa sahələr kimi bu sahədə də biz-Leriklilər əminik ki, Cənab Prezidentimizin sərəncamı bizim hamımızı sevindirəcək. May ayındakı müraciətimi sizlərlə paylaşmaqda məqsəsim odur ki, seçicilərimin inam və etibarını itirməmək, onların mənə olan ümidini doğrultmaq mənim üçün əsas prioritetdir.
Təəssüf edirəm ki, sizləri narahat edən bu tip problemlərin zamanında həll olunmaması mənə olan etimadın zədələnməsi ilə nəticələnməkdədir.”-deyə İqbal Məmmədov vurğulayıb.
Bunu paylaşmaqda məqsədimiz problemi işıqlandırmaq və millət vəkili İqbal Məmmədovun rayondakı bütün problemləri diqqətdə saxlamağı nəzərinizə çatdırmaqdır.
Sonda bunu da qeyd edək ki, “xalqın gözü tərəzidir”. İqbal müəllim Lerikdə deputat olan müddətcə hər zaman hər bir vətəndaşa fərdi yanaşmış və bütün problemləri diqqətdə saxladığına görə son seçkilər də də xalqın etimadı ilə Millət Vəkili seçildi. Heç bir qüvvə Lerik xalqının İqbal müəllimə olan etimadını zədələyə bilməz!
İqbal müəllimin 12 may 2020 tarixində “Gənclər və İdman Naziri” Azad Rəhimova göndərdiyi müraciəti sizlərə təqdim edirik:

