Sizin reklam burada
Sizin reklam burada
  • Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir

    Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir Azərbaycanlı Qılıncoynatma Federasiyasının sablya üzrə qadınlardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində Avropa çempionatına hazırlıqlarını davam etdirir.
    Federasiyadan verilən məlumata görə, Avropa çempionatı iyunun 17-dən 22-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.
    Sablyaçılarımız iyunun 5-dən etibarən hazırlıqlara başlayıb. Hazırlıqlar 10 gün davam edəcək və ayın 15-də yekunlaşacaq.
    Qeyd edək ki, qitə çempionatında uğurlu çıxış etmək “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq baxımından çox önəmlidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ