Finişə 10 dövrə qalmış "Toyota”nın pilotu Mett Dibenedetto ilə "Ford Mustang”ın pilotu Pol Menardın bir-biri ilə toqquşması sıx və sürətli trafikdə "domino effekti” yaradıb. Bir neçə saniyə ərzində 20-dən çox avtomobil bir-birinə çırpılıb.
Qəzanın miqyasına baxmayaraq, pilotlardan heç biri ciddi zədələnməyib. Onların hamısı əzilmiş avtomobillərindən heç kimin köməyi olmadan çıxa bilib, hətta bəziləri yürüşü davam etdirib.
Təşkilatçılar dərhal trası dağıntılardan təmizləyiblər. İyirmi beş dəqiqəlik fasilədən sonra yarış davam etdirilib.
