Rayon ərazisində hərəkətdə olan, Əlirza Lətifovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
