Axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınan yanğın zamanı T.Şahbazova məxsus fərdi yaşayış evi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
