Sizin reklam burada
Sizin reklam burada
  • Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb 

    Ağdam rayonunda mina hadisəsi baş verib.

     Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinə istinadən verilir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da mina hadisəsi baş verib.

    Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ