Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Tacəddin Mansurov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.
Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
