“Fox News” telekanalının yaydığı məlumata görə, hadisə dünən axşam saatlarında “Hugine Suites” yaşayış kompleksində baş verib.
Universitetdə yerli vaxtla təxminən saat 21:15-də (Bakı vaxtı ilə saat 5:15) hələ də qüvvədə olan təcrid rejimi elan olunub. İstintaqı Cənubi Karolina hüquq-mühafizə orqanları (SLED) aparır.
Universitetdə cümə günü dərslər ləğv edilib və tələbələrə psixoloji yardım göstərilir. Atışmanın kim tərəfindən törədildiyi və cinayətin motivi barədə məlumat hələlik açıqlanmayıb.
