Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsaxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
