Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda İdrak Liseyində güllələnən müəllim kimdir?

    Bu gün Bakıda İdrak Liseyinin qarşısında şagirdin odlu silahdan atəş açması nəticəsində müəllimə Şəhla Kamilova yaralanıb.

    Yaralanan müəllim Şəhla Fəqani qızı Kamilova 1997-ci ildə anadan olub.

    O, 2014-cü ildə Bakının 260 nömrəli tam orta ümumtəhsil məktəbini bitirib. Şəhla Kamilova məktəbin fərqlənən məzunlarından biri olub. Onun adı və fotosu 260 nömrəli məktəbin rəsmi saytında "Fərqlənən məzunlar" bölməsində yer alır.

    Müəllimə ali təhsilini Bakı Dövlət Universitetində alıb, kompüter elmləri ixtisası üzrə təhsil alaraq məzun olub.

    Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllim işləyən Şəhla Kamilovaya xəsarət yetirib.

    Polis əməkdaşları tərəfindən şagird saxlanılıb və ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ