Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R. Məmmədovu müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
