Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı K.Salmanov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.