Sizin reklam burada
Sizin reklam burada
  • Paytaxt və rayonlarda qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

    Dekabrın 25-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 215, o cümlədən borclu şəxs qismində axtarışda olan 183 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin narkotiklərlə əlaqədar 4 fakt müəyyən edilib.

    Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 pulemyot, 6 tüfəng, 7 patron darağı və 182 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər də saxlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ