Sizin reklam burada
Sizin reklam burada
  • Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

    Qusarda 4 nəfər dəm qazından zəhərlənib.

    Hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.

    Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ