Sizin reklam burada
Sizin reklam burada
  • Tərtərdə narkotikin satışını təşkil edən şəxs saxlanılıb

    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Mustafayev saxlanılıb.

    N.Mustafayevin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. Onun üzərindən satış məqsədilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ