Sizin reklam burada
Sizin reklam burada
  • DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib

    Dekabrın 6 və 7-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər, dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 6-da və 7-də ümumi çəkisi 16,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqədar 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

    Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 759 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ