Sizin reklam burada
Sizin reklam burada
  • Salyanda yük maşını qoyun sürüsünü vurub, 20-dən çox heyvan tələf olub

    Salyanda xırdabuynuzlu heyvanların tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Malik Quliyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən kənd sakini Cəlal Babayevə məxsus xırdabuynuzlu heyvan sürüsü yola çıxıb və qəza baş verib. Hadisə zamanı 20 başdan çox heyvan tələf olub.

    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ