Sizin reklam burada
Sizin reklam burada
  • Zaqatalada evdə baş verən yanğın söndürülüb

    Zaqatalanın ucqar Axaxdərə kəndində ikimərtəbəli mənzildə güclü yanğın qeydə alınıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

    Bildirilib ki, Axaxdərə kəndindəki fərdi mənzillərdən birində yanğınla bağlı məlumat daxil olan andan hadisə yerinə canlı qüvvə və texnikalar cəlb olunub. Ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli yaşayış olmayan evdə baş verən güclü yanğın əməkdaşların səyi nəticəsində söndürülüb.

    Yanğın zamanı xəsarət alan olmayıb.

    Yaşayış olmayan mənzildə yanğının baş verməsi ilə bağlı müvafiq araşdırma başlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ