Sizin reklam burada
Sizin reklam burada
  • Lənkəranda yol qəzası zamanı bir nəfər xəsarət alıb

    Lənkəranda baş vermiş yol qəzası nəticəsində 28 yaşlı kişi xəsarət alıb.

    Hadisə Lənkəran–Lerik magistral yolunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan VAZ-2107 markalı avtomobil VAZ-21012 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə Kərgəlan kənd sakini, 1997-ci il təvəllüdlü Cəbi Xəzail oğlu Quluzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb və müalicə olunur.

    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ