Sizin reklam burada
Sizin reklam burada
  • Tovuzda 27 yaşlı gənc toyda bıçaqlanıb

    Tovuzda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1998-ci il təvəllüdlü N.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Hadisənin başvermə səbəbləri məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ