Sizin reklam burada
Sizin reklam burada
  • DİN: Axtarışda olan 29 saxlanılıb

    Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ