Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 min manat dəyərində məişət əşyalarının talandığını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
