Sizin reklam burada
Sizin reklam burada
  • Şəkidə yaşayış olmayan 4 otaqlı ev yanıb

    Şəki rayonunun Baş Göynük kəndində gecə saatlarında yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyi Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, Baş Göynük kəndində yaşayış olmayan, ümumi sahədi 360 kvadratmetr ikimərtəbəli 4 otaqdan ibarət evdə yanğın qeydə alınıb.

    Hadisə barədə məlumat daxil olan kimi texnika və canlı qüvvə göndərilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

    Yanğının genişlənərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ