Sizin reklam burada
Sizin reklam burada
  • Yardımlıda narkokuryer şəbəkə ifşa edilib

    Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

    Əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər məhkum olunmuş 43 yaşlı Natiq Mirzəyev olduğu müəyyənləşib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. N.Mirzəyevin Yardımlı rayonu ərazisində yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətdiyi 3 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onların İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotikləri maddi gəlir qarşılığında paytaxt ərazisindəki ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyənləşib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ