Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Samir Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
