Hadisə şəhərin Bakı prospektində qeydə alınıb.
"KamAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində mişar daşından hörülmüş divara çırpılıb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlər alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
