Hadisə nəticəsində avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimov ağır xəsarət alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlər 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun verdiyi məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
