Sizin reklam burada
Sizin reklam burada
  • Qadın 5 yaşlı qızı aclıqdan öldürdü

    Rusiyada qadın 5 yaşlı qızı aclıqdan öldürüb.
    Hadisə Petropavlovsk-Kamçatski şəhərinin Akademik Kurçatov küçəsində baş verib.
    Məlumata görə, qadın uşağın qəyyumudur və onun anadangəlmə xəstəliyi olduğunu bilib. O, ötən ilin martından bu ilin yanvarına kimi yaşadıqları evdə uşağı qidalanmadan məhrum edib.
    Qadın qızın bədəninin tükənməsi əlamətlərinə məhəl qoymayıb, həmçinin tibbi tövsiyələrə əməl etməyib. Bu isə kaxeksiyaya və pnevmoniyaya səbəb olub. Nəticədə uşaq xəstəxanada ölüb.
    Hazırda qadına qarşı “Azyaşlının son dərəcə amansızlıqla qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb. O saxlanılaraq, həbs edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ