Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda mebel sexi yanıb

    Atributinfo.az xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda mebel sexi yanıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 200 m² olan 8 otaqdan ibarət mebel sexinin 2 otağının yanar konstruksiyaları 120 m² sahədə, içərisində olan taxta materiallar, hər birinin həcmi 5 litr olan 20 ədəd boya ilə dolu çəllək və sexin ətrafında 10 m² sahədə taxta tullantıları yanıb.
    Sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ