Sizin reklam burada
Sizin reklam burada
  • Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olub

    Atributinfo.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olub.
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
    "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
    Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ