Sizin reklam burada
Sizin reklam burada
  • Bakının Xəzər rayonunda transformator yanıb

    Paytaxtın Xəzər rayonunda yanğın hadisəsi qeydə alınıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda transformatorun yağı və sarğıları, yaxınlıqdakı hər birinin sahəsi 3000 m² olan 2 ədəd anbarın 5 ədəd plastik pəncərə çərçivəsi və dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.
    Anbarların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ