Sizin reklam burada
Sizin reklam burada

Bərdədə sərxoş vəziyyətdə havaya atəş açan şəxs saxlanılıb

Bərdədə sərxoş vəziyyətdə havaya atəş açan şəxs saxlanılıb Bərdə rayonunda sərxoş vəziyyətdə havaya atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılıb.
Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ