Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ərazidən uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, onun Ağdam rayon sakini 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdirilmişdir.
Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisindən ümumi çəkisi 1885 qram olan narkotik vasitəyə (1770 qram “heroin” və 115 qram “marixuana”) bənzər maddələr aşkarlanaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
