Sizin reklam burada
Sizin reklam burada
  • “Şirvanşah” restoranında nöqsanlar aşkarlanıb

    “Şirvanşah” restoranında nöqsanlar aşkarlanıb Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Şirvan şəhəri, T. İsmayılov küçəsində fiziki şəxs Xəlilov Mehman Vaqif oğluna məxsus “Şirvanşah” restoranında yoxlama aparılıb.
    Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
    Aşkarlanan nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ