Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəzada kranın sürücüsü ölüb.
14:23
Bakıda qaldırıcı kran aşıb.
Hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, kran ərazidə bina tikintisi üçün istifadə olunurmuş.
Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, kranın sürücüsü ölüb.
