Qusar rayon Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi bir 1 ton 360 kiloqram olan 722 ədəd çətənə kolu aşkar olunub. DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.