Sizin reklam burada
Sizin reklam burada
  • Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi

    Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi Bərdədə istifadəyə yararsız ət aşkar edilib.
    DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, may ayının 26-da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarət etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.
    Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
    Araşdırmalar aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ