Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Khazar”markalı avtomobilə üçnəfər naməlum şəxs əyləşərək, onu hədələyib. Həmin şəxslər sürücünün 100 manatını alaraq, hadisə yerindən qaçıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi üzrəhəbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıblar.
Faktla bağlı cinayət işinə başlanılıb.
