Sizin reklam burada
Sizin reklam burada
  • Şabranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

    Şabranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb Şabranda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 19-da saat 19 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Xaçmaz rayon sakini Ş.Cavadov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səkinə Mustafayevanı vurub.
    Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
    Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ