Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşədirilib.
Məhkəmənin baxış iclası mayın 10-na təyin edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir.
Vətəndaşların şikayətləri əsasında, H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
Cinayət işində 5 zərərçəkmiş var.
