Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda DƏHŞƏTLİ OLAY - Mikroavtobus qadınların üstündən keçdi

    Azərbaycanda DƏHŞƏTLİ OLAY - Mikroavtobus qadınların üstündən keçdi İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
    Qəbələ sakini idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Mican kənd sakinləri – 1963-cü il təvəllüdlü Mahmudova Qənirə Afət qızı və 1962-ci il təvəllüdlü Paşayeva Ramilə Dursunəli qızını vurub. Yaralılar dərhal İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan Q.Mahmudovanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.
    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ