Sizin reklam burada
Sizin reklam burada
  • İran BAEA-nın bir neçə müfəttişinin akkreditasiyasını ləğv etmək qərarına gəlib

    Atributinfo.az xəbər verir ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) uranın zənginləşdirilməsi ilə bağlı obyektlərdə yoxlamalar aparan bir neçə agentlik müfəttişinin akkreditasiyasını ləğv etmək qərarı barədə məlumatlandırıb.
    Bu barədə BAEA-nin rəhbəri Rafel Qrossi deyib.
    BAEA rəhbərinin bəyanatında vurğulanıb ki, bu müfəttişlər agentliyin görkəmli ekspertləridir və zənginləşdirmə texnologiyaları sahəsində unikal biliklərə malikdirlər. Onlar İranda BAEA-nin mühafizəsi altında olan uranın zənginləşdirilməsi obyektlərində yoxlamalar zamanı mühüm tapşırıqlar yerinə yetiriblər.
    R.Qrossi həmçinin qeyd edib ki, İranın belə bir addımı BAEA-nin ölkədə yoxlamalar aparmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq, çünki bu, İranda işləmək üçün təyin edilmiş böyük təcrübəyə malik əsas müfəttişlərin təxminən üçdə birini işdən çıxarılması dəməkdir.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ