Sizin reklam burada
Sizin reklam burada
  • Yaponiya XİN rəhbəri Kiyevə səfər edib

    Atributinfo.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya səfər edib.
    Bu barədə Yaponiyanın Ukraynadakı səfirliyi məlumat verib.
    Yaponiyanın xarici işlər naziri Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.
    Naziri Yaponiyadan iş adamları da müşayiət edir.
    Qeyd edək ki, nazirin səfəri Yaponiyanın baş naziri Fumio Kişidanın Ukraynaya səfərindən altı ay sonraya təsadüf edir.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ