Sizin reklam burada
Sizin reklam burada
  • Qazaxıstanda AES-də qəza baş verdi

    Atributinfo.az xəbər verir ki, Qazaxıstanda Atom Elektrik Stansiyasında qəza baş verib.
    Qazaxıstanın cənub-qərbində yerləşən Manqistau Atom Elektrik Stansiyasında (MAEK) baş vermiş qəza ilə əlaqədar elektrik enerjisi kəsintisi baş verib.
    “MAEK-in ikinci istilik elektrik stansiyasında iki turboaqreqat dayanıb və bu da istehlakçıların elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıb”, - deyə məlumatda bildirilib.
    Qed edilib ki, bir müddət sonra daha bir qəza baş verib. Belə ki, MAEK-in istilik elektrik stansiyasında üçüncü bloku sıradan çıxıb.
    MAEK-də qəza-bərpa işləri başa çatana qədər istehlakçılara elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq edilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ