Atributinfo.az xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi Stokholmun hər iki ölkədə maraqlarını təmsil edən İsveçin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) müvəqqəti işlər vəkilini Quranın yandırılması aksiyasına qarşı etiraz notası təqdim etmək üçün çağırıb.Bu barədə Nazirliyin bəyanatında bildirilib.
Qeyd olunub ki, Bəhreyn İsveç hakimiyyətini "Stokholmun mərkəzində polis mühafizəsi altında ekstremistlərə Qurani-Kərimi yandırmağa və təhqir etməyə icazə verdiyinə görə" qınayıb. Nazirlik həmçinin iştirakçıların dini ehtiram obyektlərinə ictimai hörmətsizlik nümayiş etdirərək, nifrət və düşmənçiliyin qızışdırılmasına şərait yaradan aksiyaların keçirilməsini məhdudlaşdırmağa çağırıb.
/atributinfo.az/
