Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ay 550 milyon dolları ötüb

    Atributinfo.az xəbər verir ki, 2023-cü ilin may ayında Türkiyə 554,4 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 67,8 faiz çoxdur.
    Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
    “Bu ilin yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artaraq 2 milyard dollara bərabər olub.” – deyə nazirlikdən bildirilib.
    Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 4,7 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ