Sizin reklam burada
Sizin reklam burada
  • Kubanın şərqində baş verən yanğın 3,6 min hektar meşə sahəsini əhatə edib

    Kubanın şərqindəki Olqin əyalətinin Pinares-de-Mayari bələdiyyəsində meşə yanğınının əhatə etdiyi ərazi 3,6 min hektara yüksəlib.
    Bu barədə Kubanın Təbii Tənzimləmə və Təhlükəsizlik İdarəsinin direktoru Xorxe Alvares özünün "Twitter" səhifəsində yazıb.
    "La-Mensura təbiət qoruğu da daxil olmaqla, Pinares-de-Mayari yanğınından 3600 hektardan çox ərazi zərər çəkib. Ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi aparılacaq ki, bu da təəssüf ki, məhv edilmiş ağaclarla məhdudlaşmır", - deyə o bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ