Sizin reklam burada
Sizin reklam burada
  • İspaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

    İspaniyanın Mursiya əyalətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
    Bu barədə cümə axşamı "El Pais" qəzeti məlumat yayıb.
    Bildirilib ki, göyərtəsində 2 nəfərin olduğu təyyarə Los-Qarrançox aerodromu yaxınlığında düşüb. Nəticədə hər iki nəfər həlak olub.
    İlkin məlumata əsasən, kiçik təyyarənin pilotu idarəetməni itirib. Təyyarə yerə çırpıldıqdan sonra yanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ