66 yaşlı Manuel Murillo "WhatsApp"da P.Sançesi təhdid edən sözlər yazıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində təqsirləndirilən şəxsin evindən xeyli sayda odlu silah aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə, Manuel Murillo yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib.
